Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əl-Ərəbiyyə: Qüds qüvvələrinin komandanı İraqda silahların dövlətin nəzarətinə verilməsinin təxirə salınmasını istəyib

GADTB: “Əl-Ərəbiyyə” öz mənbələrinə istinadən xəbər verib ki, terror təşkilatı SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İraqa son səfəri zamanı bu ölkənin rəsmilərindən silahların dövlətin əlində cəmləşdirilməsi planının icrasını təxirə salmağı istəyib.

“Əl-Ərəbiyyə”nin məlumatına görə, Qaani iraqlı rəsmilərə bildirib ki, mövcud şəraitdə silahların dövlətin nəzarətində cəmləşdirilməsi Tehrana zərbə olacaq.

“Əl-Ərəbiyyə” yazıb ki, Qaani İraqda silahların dövlətin inhisarına verilməsinin İran İslam Respublikası ilə əlaqəli terrorçu qrupların digər ölkələrdə də nəzarət altına alınmasına yol açacağını bildirib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …