Çərşənbə , Sentyabr 23 2026
azfa

Əlirıza Fərşi məhkəmə iclası keçirilərkən açıq məktubla məhkəməsinin sifarişli olduğunu ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Əliriza Fərşi ona verilən yeni ittihamlara baxılması üçün məhkəmə iclası keçirilərkən açıq məktubla onlayn məhkəmə toplantısının detallarını açıqlayıb və məhkəməsinin sifarişli olduğunu bildirdi.

Azərbaycanlı fəal səs faylı yaymaqla qanunsuz mühakimə edilməsinə öz etirazını bildirib. Rejim azərbaycanlı fəalı zindanda şərləyərək “Milli təhlükəsizliyə qarşı toplaşma” və “Sistemə qarşı təbliğat aparmaq” ittihamı iləmühakimə edib.

Qeyd edilib ki, Əlirza Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunub. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilib.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …