Şənbə , Aprel 27 2024
azfa

Əlirza Fərşi İran məhkəməsinə evindən oğurluğa dair şikayətinə baxmaması üçün etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi evinin oğurlanması ilə bağlı etdiyi şikayətə İranın məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi və açılan cinayət işinin bağlanmasına öz etirazını bildirib.

Azərbaycanlı siyasi məhbus naməlum şəxslər tərəfindən evinin oğurlanması ilə bağlı cinayət təqibinə qoyulan qadağaya etiraz məqsədilə rejimin Culfadakı Cinayət Məhkəməsinin sədrinə məktubla müraciət edib.

Məhkəmə oğurluq faktı ilə bağlı cinayət işinin bağlanmasını zərərçəkən tərəf Əlirza Fərşinin oğurluq faktı ilə bağlı yetərli sübutlar təqdim edə bilməməsi ilə əlaqələndirib.

Əlirza Fərşi məhkəməyə etiraz məktubunda evinə qanunsuz giriş və ev əşyalarının oğurlanması ilə bağlı bütün faktları yenidən qeyd edib və məsələnin araşdırılmasını istəyib.

Qeyd edək ki, İran rejiminin ETTELAAT məmurları olduğu güman edilən oğrular azərbaycanlı siyasi məhbusa məxsus şəxsi əşyalar, o cümlədən mobil telefon, laptop, tar, televizor və digər əşyaları aparmışdılar.

Əlirza Fərşi oğrularla bağlı qəti fikir bildirməsə də, fəala yaxın olan şəxslər bunun İran rejiminin ETEELAT məmurları tərəfindən edildiyini bildirmişdilər.

azərbaycanlı siyasi məhbus Əlirza Fərşi yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından 600 milyon tümənlik girov qarşılığında tibbi müalicəyə buraxılmışdı.

Bundan öncə məhkəmə sistemi məsullarına müalicəsi üçün tibbi məzuniyyət verilməsi üçün yazılı və açıq məktubla müraciət edən Əlirza Fərşi göz əməliyyatına ehtiyacını olduğunu, ikinci dərəcəli şəkər xəstəliyindən və yüksək qan təziyiqindən əziyyət çəkdiyini bildirmişdi.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …