Bazar , Dekabr 22 2024
azfa

Əlvida “Turkey”, mərhəba “Türkiyə” BBC ilə dünyaya əks etdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya mediasının lokomotivi BBC Türkiyənin “Turkey” adını dəyişmək üçün BMT-yə göndərməyə hazırlaşdığı müraciəti xəbər kimi yayımlayıb.

Xəbər başlığında “Qudbay Turkey, mərhaba Türkiyə” ifadəsi işlədilərək, Türkiyənin dünyada dəyişən imici qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə xüsusilə müdafiə sənayesi və mədəniyyət-incəsənət sahəsində seriallar vasitəsilə daxildə və xaricdə atdığı addımlar xatırladılıb.

Video xəbərdə Türkiyənin rəsmi qurumlarının ingilisdilli sosial şəbəkələrində tez-tez “Türkiyə” ifadəsini işlətməyə başladığı bildirilib.

Həmçinin yoxlayın

İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir

GADTB: Blombergin yaydığı məlumata görə, İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir. Belə …

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …