Çərşənbə , Oktyabr 14 2026
azfa

Əndirgan mədəni ətrafında meşə zolağı dağıdılır

GADTB: Güney Azərbaycanın Vərziğan bölgəsində  Əndirgan mədəni ətrafında meşə zolağı məhv edilir.

Azərbaycanlı ekofəal Əhməd Bayburdi bu barədə məlumat paylaşıb.

Bayburdi yazıb ki, Əndirgan qızıl mədəni yaxınlığında meşə zolağının məhv edildiyib: “Bu qiymətli bitki örtüyünün aradan aparılması, şübhəsiz ki, regionun ekosisteminə mənfi təsir göstərəcək”.

Məlumata görə, xüsusən Gün Girvə kəndi ətrafında ağacların kəsilməsi faktları daha çox qeydə alınıb.

Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunsa da, mədən istismarçıları buna riayət etmir.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …