Çərşənbə , Noyabr 11 2026
azfa

Ərəb ölkələri ABŞ-ni İranla qarşıdurmada geri çəkilməməyə çağırır

GADTB: “Reuters” agentliyi xəbər verib ki, Fars Körfəzi ölkələri ABŞ-ni İranla qarşıdurmada geri çəkilməməyə çağırıb. Məqsəd İranın hərbi gücünü regional təhlükəsizliyə və həyati əhəmiyyətli neft nəqli marşrutlarına təhlükə yaratmayacaq səviyyəyə endirməkdir.

Agentliyin məlumatına görə, əvvəlcə ərəb ölkələri İranda müharibə istəmirdilər. Ancaq İranın bölgənin neft obyektlərinə, limanlarına və şəhərlərinə hücumlarından sonra bir sıra regional liderlər ABŞ-ni əməliyyatlarını yarımçıq qoymamağa səsləyiblər.

Eyni zamanda, bir neçə Qərb və ərəb diplomatı Reuters-ə bildirib ki, Vaşinqton Körfəzi dövlətlərinə ABŞ-İsrail qarşıdurmasına qoşulmaq üçün təzyiq göstərib.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …