GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Ərdəbil şəhərində işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz həbs edilən tanınmış milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması tələb ilə şüarlar yazılıb.
Ərdəbil şəhərinin azərbaycanlı milli-mədəni fəalları divarlara bu məqsədlə şüarlar yazıblar. Şəhərin müxtəlif bölgələri “Biz hamımız Abbas Lisaniyik”, “Abbas Lisani azad olunsun”, “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Azərbaycan millətinin müdafiəçisini azad edin” və s. şüarlarla bəzədilib.
Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani 219-cu il yanvarın 15-də məhkəmə iclası bitdikdən sonra rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb. Hələlik fəaldan heç bir məlumat yoxdur.