Ərdəbildə Bələdiyyə Yusif Karinin şəxsi əşyalarını qaytarmaqdan imtina edir

GADTB: Ərdəbil bələdiyyəsi 2024-cü il oktyabr ayının 27-də rejimin ETTELAAT  qüvvələri tərəfindən həbs edilən azərbaycanlı fəal Yusif Karinin şəxsi əşyalarını qaytarmaqdan imtina edir.

Azərbaycanlı fəallara qarşı əvvəlki rəftarı nəzərə alsaq, Ərdəbil Bələdiyyəsi əməkdaşlarının polis bölməsinin məktubuna və məhkəmə qərarına əməl etməməsi çox güman ki, ETTELAAT qurumlarının müdaxiləsi ilə bağlıdır.

İrqçi fars-molla rejimi isə Yusif Karini “ictimai asayişi pozmaq” və “müqəddəs yerləri təhqir etmək” maddələri ilə ittiham edib.

O yaxınları ilə telefon danışığı zamanı saxlanılan zaman və hakim qarşısına çıxana qədər işkəncə və təhqirlərə məruz qaldığını bildirib.

Ötən ilin noyabrında cənab Kari həbs edildikdən sonra təhlükəsizlik qüvvələri mağaza sahiblərinin kameralarını toplayıb və həmin ərazidəki bir neçə mağazanı möhürləyib. Bəzi market sahibləri polisin kəşfiyyat şöbəsinə çağırılaraq əməkdaşlıq etməkləri üçün hədələnib.

Həbs edildikdən sonra bu azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildəki 14-cü Polis Bölməsinə aparılıb və polis bölməsində olan polis əməkdaşları, o cümlədən birinci çavuş Rza Hüseynzadə və Əsgər Pənahi tərəfindən döyülüb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …