Bazar , Oktyabr 25 2026
azfa

Ərdəbildə işsizlik qəbuledilməz səviyyədədir

GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə Ərdəbil, Nir, Nəmin və Səreyinin İran adlanan ölkənin məclisindəki millət vəkili Məhəmməd Feyzi bu barədə açıqlama verib. O Ərdəbildə işsizliyin  yüksək səviyyədə olduğuna toxunaraq, bu vilayətin məşğulluq planına ehtiyacının olduğunu və onsuz hər idarənin özü bildiyi kimi hərəkət etdiyini qeyd edib.

M.Feyzi deyib ki, biz məşğulluq planına malik olsaq işsizlik səviyyəsini azaltmaq üçün bu barədə müəyyən proqram və fəaliyyətlər həyata keçirə bilərik. O həmçinin İmdad Komitəsi kimi orqanların iş yerləri yaratmaqda müvəffəq olmadıqlarını qeyd edərək, deyib ki, idarələrdə məşğulluq barədə yalan məlumatlar verilməsi və hər şeyin yaxşı olması barədə şişirdilmiş məlumatın verilməsindən çəkinmək lazımdır.

Qeyd edək ki, İran rejiminin məqsədli şəkildə ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycan vilayətləri, o cümlədən Ərdəbil kimi yüksək potensiala malik olan vilayətdə işsizlik baş alıb geir. Bunun əsas səbəbi də Azərbaycanda tənəzzül və türk gənclərin fars bölgələrinə gedib farslaşmalarına şərait yaratmaqdır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …