Çərşənbə , Noyabr 11 2026
azfa

Ərdəbilidə azərbaycanlı körpə Ayhan adına görə doğum haqqında şəhadətnamədən məhrum qalıb

GADTB: Ərdəbil Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri türkcə “Ayhan” adlı uşağa doğum haqqında şəhadətnamə verilməsinə qarşı çıxır və onu bir həftədir ki, doğum haqqında şəhadətnaməsiz saxlayır. Halbuki, keçmişdə bir çox insana eyni adlı doğum şəhadətnaməsi verilib.

Uşağın atası “Səccad Rəşidi” bu barədə deyib: “Oğluma mən və həyat yoldaşım “Ayhan” adını seçdik”. Təəssüf ki, Ərdəbildə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları sistemin bu adı qəbul etmədiyi üçün Ayhana doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini bildiriblər.

Ərdəbildə İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Ayxan adına etirazından sonra azərbaycanlı uşağın atası Səccad Rəşidi övladına başqa adlar seçib və yenidən İdarənin etirazı ilə üzləşib.

Həmçinin yoxlayın

İrqçi fars rejimi azərbaycanlı uşağa türkcə Elşən adına görə 447 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: İrqçi fars rejiminin Xoy şəhərindəki Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin  Elşən türk adının qeydiyyata alınmasına …

Molla rejimi nüvə obyektlərini yoxlamağa icazə vermir

GADTB: Molla rejimi nüvə obyektlərini yoxlamağa icazə vermir. İsaıam Respublikası rejiminin Vyanadakı nümayəndəliyinin Beynəlxalq Atom …