Şənbə , İyul 19 2025
azfa

Ərdoğan: Türkiyə Endoneziyaya 48 ədəd KAAN qırıcısı satacaq

GADTB: Türkiyə İndoneziya ilə KAAN qırıcılarının ixracı üzrə ilk müqaviləni imzalayıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat yayıb.

O bildirib ki, razılaşma çərçivəsində Türkiyə İndoneziyaya 48 ədəd KAAN – ilk milli istehsal olan türk qırıcı təyyarəsini tədarük edəcək.

Yerli medianın məlumatına görə, saziş İndoneziyadakı “İNDO Defence 2025” sərgisi çərçivəsində imzalanıb. Sazişin ümumi dəyəri 10 milyard dollar təşkil edəcək.

Xatırladaq ki, beşinci nəsil KAAN qırıcısı türk istehsalı olan ilk milli döyüş təyyarəsidir. Qırıcının təcrübi prototipi ilk uçuşunu 22 fevral 2024-cü ildə həyata keçirib. Seriya istehsalı 2028-ci ilə planlaşdırılıb.

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf

GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib. O deyib …