Şənbə , Dekabr 14 2024
azfa

Ərdoğanın Putinlə görüşü dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Düjarrik Ərdoğanın Putinlə görüşünün əhəmiyyətinə toxunaraq deyib ki, Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan görüş olduqca önəmlidir.

O, bu görüşün İdlib sakinlərinin həyatında müsbət rol oynayacağına ümid etdiyini söyləyib: “İdlibdə mülki şəxslər böyük təhlükədədir”.

Amerikalı general-leytenant Robert Eşli isə bu barədə deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Soçi görüşü Suriya konfliktinin həlli baxımından olduqca əhəmiyyətlidir.

“Bu cür müzakirələrin olması bizi cəsarətləndirir”, – deyə general bildirib.

O, İdlibdəki hazırki vəziyyətin “qaynar qazan”a bənzədiyini vurğulayıb:

“Regionda 20 fərqli qrup və təşkilat mövcuddur”.

 

Həmçinin yoxlayın

İran, Ermənistan və Hindistan arasında növbəti üçtərəfli məsləhətləşmələr keçirilib

IRIB News xəbər verir ki, Yeni Dehlidə İran-Ermənistan-Hindistan formatında ikinci görüş baş tutub. Görüşdə Hindistan …

İrqçi fars rejimin qəsdən laqeydliyi nəticəsində Təbrizdə 160 illik tarixi abidə məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin qəsdən laqeydliyi üzündən Təbrizin tarixi …

Bir cavab yazın