Çərşənbə , Oktyabr 21 2026
azfa

Ərşad Salehi PKK terror təşkilatının Kərkükdə qərargahının olduğunu deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Kərkük şəhərində PKK terror təşkilatının qərargahı var.

Bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib.

“PKK-nın Kərkükdəki varlığı bütün iraqlılar üçün təhdid yaradır. Hazırda Kərkük ətrafında, Leylan və Çimən bölgələrində PKK-nın qərargahı mövcuddur. Artıq Kərkük Mahmur və Sincardan daha təhlükəli sayılır. Bununla bərabər şimaldan narkotik maddələr gətirilir və Kərkükün mərkəzində paylanılır. Bu, bölgə xalqı üçün təhlükə yaradır”, – Ə.Salehi deyib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …