Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

“Əsaiyib Əhl əl-Haqq” silahlı qruplaşması “Həşdi-Şəəbi” ilə əlaqələri kəsmə prosesinə başladığını açıqlayıb

GADTB: İraqın “Əsaiyib Əhl əl-Haqq” adlı silahlı qruplaşması bəyan edib ki, “Həşdi-Şəəbi” terror qruplaşması ilə əlaqələri kəsmək və silahların yalnız dövlətin nəzarətində olması siyasətinə uyğunlaşmaq üçün mərkəzi komitə yaradıb.

Çərşənbə axşamı, 12 iyun tarixində yayılan bəyanatda qeyd olunur ki, bu addım ali dini mərcinin çağırışına və “Koordinasiya Çərçivəsi”nin mövqeyinə cavab olaraq atılıb.

Bəyanatda həmçinin qruplaşmanın rəhbəri Qeys Xəzəlinin daha əvvəl səsləndirdiyi, Həşdi-Şəəbi ilə əlaqələrin dayandırılması və silahın dövlət inhisarına verilməsi ilə bağlı fikirlərə də istinad edilib.

Məlumata görə, yaradılan mərkəzi komitə qərarın icrasına məsul olacaq, qüvvələrin, silahların, texnika və logistik vasitələrin qeydiyyatı və tənzimlənməsini həyata keçirəcək, həmçinin İraq Silahlı Qüvvələrinin baş komandanı və təhlükəsizlik qurumları ilə koordinasiyanı təmin edəcək.

“Əsaiyib Əhl əl-Haqq” ABŞ tərəfindən 2020-ci ildən terror təşkilatları siyahısına daxil edilib. Həmçinin ABŞ-ın bu qruplaşmanın lideri Qeys Xəzəlinin tutulması və ya zərərsizləşdirilməsi barədə məlumat verənlər üçün 10 milyon dollar mükafat təyin etdiyi bildirilir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …