Çərşənbə , Oktyabr 14 2026
azfa

Əsas müharibə meydanı Hörmüz boğazıdır; “Razılaşma əvvəlki gəmiçilik nizamını bərpa edə bilmədi”

GADTB: Tehran və Vaşinqtonun bir-birini son atəşkəsi pozmaqda ittiham etdiyi bir vaxtda, əsas qarşıdurmanın siyasi xəbərlərin ön sıralarında deyil, Hörmüz boğazının gəmiçilik marşrutlarında cərəyan etdiyi ehtimal olunur.

Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun baş tədqiqatçısı Noam Raydanın fikrincə, 60 günlük razılaşmanın pozulacağı əvvəldən gözlənilən idi. Çünki bu anlaşma dünyanın ən strateji su yollarından birinin nəzarəti və idarə olunması ilə bağlı fundamental fikir ayrılıqlarını aradan qaldırmamışdı.

Raydan Azadlıq Radiosuna müsahibəsində İranın dənizdə həyata keçirdiyi hücumların niyə bir neçə gəmiyə qarşı hücumdan daha geniş məna daşıdığını izah edib.

O bildirib ki, neft tankerlərinə son hücumlar İran İslam Respublikasının strategiyası barədə mühüm siqnallar verir. Eyni zamanda, yaxın günlərdə gəmilərin hərəkətinin izlənilməsi məlumatları regionda dəniz nəqliyyatı üzrə yeni bir nizamın formalaşıb-formalaşmadığını göstərəcək.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …