Cümə axşamı , Sentyabr 17 2026
azfa

Əta Kərimi və Əmir İbrahimlunun qeyri-müəyyən həbsləri davam edir

GADTB: Kürd terror qrupları ilə əlaqəli şəxslərin fəaliyyətinə etiraz etdiklərinə görə həbs edilən Azərbaycan Milli Hərəkatının iki fəalı Əta Kərimi və Əmir İbrahimli hələ də Urmiyada rejimin ETTELAAT İdarəsinin təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.

Fəallarının yaxınlarının verdiyi məlumata görə, dəfələrlə müraciət edilməsinə baxmayaraq, məhkəmə rəsmiləri fəalların girov qarşılığında müvəqqəti sərbəst buraxılmasına imkan verməyiblər.

25 Oktobr şənbə günü Əta Kərimi və Əmir İbrahimlinin ailələri yenidən Urmiya Ümumi və İnqilab Prokurorluğunun Altıncı İstintaq Şöbəsinə müraciət edərək fəalların saxlanmalarının səbəbi, irəli sürülən ittihamlar barədə aydın izahat tələb ediblər.

Bundan sonra, məhkəmə orqanı Əta Kərimiyə qarşı irəli sürülən ittihamları açıqlayıb. O, Stadionda ictimai asayişi pozmaq ittihamına görə, 200 milyon tümən və Kürd xalqını təhqir etmək ittihamına görə isə 2 milyard tümən girov qarşılığında müvəqqəti azad edilə biləcək.

Qeyd edək ki, Əta Kərimi 3-cü dərəcəli qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkir, digər milli fəal Əmir İbrahimli isə disk yırtığı səbəbindən tibbi nəzarət altında olmalıdır.

Əta Kərimi və Əmir İbrahimli əvvəllər Azərbaycan türklərinin hüquqlarının müdafiəsi uğrunda vətəndaşlıq fəaliyyətlərinə və hökumətin Urmiya gölünün qurudulması siyasətinə etiraz etdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıblar.

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …