Bazar ertəsi , Oktyabr 19 2026
azfa

‏ İranın qurudaraq ekoloji fəlakətə səbəb olduğu Urmiya gölü ətrafında yerin səthi çökür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın qurudaraq ekoloji fəlakətə səbəb olduğu Urmiya gölü ətrafında yerin səthi çökməkdədir.

Bununla bağlı İranın Yollar və Şəhərsalma Nazirliyinin Tədqiqat Mərkəzinin seysmik mühəndislik və risk şöbəsinin rəisi Əli Beytullahi Urmiya gölünün ətraf ərazilərində yerin səthinin çökdüyü və sürüşmənin baş verdiyi barədə açıqlama vermişdir

Beytullahi deyib: “Çökmənin çimərliklər, göllər və limanlar boyunca baş verməsi inandırıcı olmasa da təəssüf ki, son səhra tədqiqatlarına əsaslanaraq, Urmiya gölünün şərq sahillərində, Dizəc Xəlil ilə Şərəfxanə limanı arasındakı ərazidə çatlar aşkar etdik. Bölgənin 2 km-də çatlar və çökmə boşluqları qeydə alınıb”.

Beytullahinin sözlərinə görə, Qərbi Azərbaycan əyalətində qrunt sularının 70% azalmasından sonra çökmə, torpaq sürüşmələri müşahidə olunub və Urmiya gölünün suyunun səviyyəsinin azalmasından sonra gölün şərq sahillərində çökmə meydana gəlib.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …