Cümə axşamı , Noyabr 13 2025
azfa

10 aylıq hüquqi mübarizədən sonra Hunay adlı körpəyə doğum haqqında şəhadətnamə almaq mümkün olub

GADTB: Təbrizdə 10 aylıq hüquqi mübarizədən sonra Hunay adlı körpəyə doğum haqqında şəhadətnamə almaq mümkün olub.

Əsğər Məhəmmədi ailəsi 10 aya yaxın davam edən məhkəmə çəkişməsindən sonra “Hunay ” adına öz övladlarına doğum haqqında şəhadətnamə ala bilib.

Şikayət və məhkəmə orqanlarında araşdırma aparıldıqdan sonra məhkəmə qanuni prinsipləri və vətəndaşların mədəni hüquqlarını əsas gətirərək ailənin xeyrinə qərar çıxarıb və körpənin doğum haqqında şəhadətnaməsində “Hunay” adı qeyd edilib.

İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ilə yanaşı yerli və etnik dillərdən də istifadə azad elan edilib və dil, mədəniyyət və etnik kimliyə uyğun ad seçmək hüququn tərkib hissəsi hesab olunur. Bu hüquq həmçinin beynəlxalq sənədlərdə, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda (Maddə 27) və YUNESKO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsində (2001) tanınır.

Bu hal mülki və insan haqları qurumları tərəfindən İranda türk xalqlarının dil və mədəni hüquqlarının reallaşmasının praktiki nümunəsi kimi qiymətləndirilə bilər və ölkədəki digər milli qrupların dil və mədəni hüquqları ilə bağlı ictimai məlumatlılığın gücləndirilməsinə zəmin yarada bilər.

Molla rejimi Azərbaycan türklərinə öz dillərində övladlarına ad qoymağı qadağan edib. Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …