15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edilib

GADTB: Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanda keçirilən 43-cü konfransında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib.

Ötən həftə Səmərqənddə başlayan tədbirə 194 ölkədən 5 000-dən çox iştirakçı qatılıb.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edilməsi ilə bağlı təklifi müzakirələrdən sonra təsdiq edilib.

Tədbirdə çıxış edən Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi Gülnur Aybet türk dili ailəsinin təbliği üçün bütün türk dövlətlərinin birgə hazırladığı təklifi təqdim edən ölkələrə təşəkkürünü bildirib.

O, 200 milyondan çox insanın danışdığı türk dilinin əsrlər boyu ortaq tarix və dəyərlərə malik olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

ABŞ İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasına nəzarət etmək üçün işçi qrupu yaradır

GADTB: ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silahların, …

Bu gün Azərbaycanda Zəfər Günüdür

GADTB: Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü …