18 insan haqları təşkilatı azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 18 hüquq müdafiə təşkilatı İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin ağır durumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda Əlirza Fərşinin sağlıq durumunun ağır olduğu və bununla ilə bağlı təcili tədbirlərin görülməsi və həbs olunduğu zaman ona qarşı zorakılıq edən məmurlara qarşı qanuni addımların atılması tələb olunub.

Bəyanatın bir hissəsində deyilir: “Azərbaycanlıların İnsan Haqlarını Müdafiə Təşkilatına (Ahraz) Tehran zindanında həbsdə olan ana dili fəalı və siyasi məhbus Əlirza Fərşiyə qarşı İran rəsmilərinin qəddar, qeyri-insani və aşağılayıcı davranışı barədə məlumatlar daxil olub. O, zəruri tibbi xidmətdən məhrum olunub və müalicə edilmədiyi halda sol gözünün görmə qabiliyyətini tamamilə itirə bilər.

Əlirza Fərşi dinc mədəni fəaliyyətinə və İranda türklərin ana dili hüququnu müdafiə etdiyinə görə İran rejimi tərəfindən müxtəlif təzyiqlərlə qarşılaşıb.

Onun bütün fəaliyyəti Azərbaycan əyalətlərinin ucqar kəndlərində türkcə kitablardan ibarət kitabxana qurmaq, UNESCO-nun təyin etdiyi Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatılmaq və uşaqlara türkcə kitablar paylamaqdan ibarət olub.

O, 2009-cu ilin may ayında Təbrizdə qatıldığı toplantıda İranda azərbaycanlılara öz dillərində təhsil hüququnun verilməsini tələb etdiyi üçün həbs olunub. 2009-cu ilin noyabr ayının 14-də Təbriz İnqilab Məhkəməsi onu şərləyərək “Sistem əleyhinə təbliğat” ittihamı ilə bir il həbs cəzasına məhkum edib.

Bununla yanaşı, 29 yanvar 2010-cu ildə Culfa şəhərinin Azad İslam Universiteti Əlirza Fərşinin müəllim kimi fəaliyyətinə qadağa qoyaraq onu işdən uzaqlaşdırıb.   

2014-cü ilin iyulun 21-də Tehranda Beynəlxalq Ana Dili Günü tədbirində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb”.

Bəyanatda bildirilir ki, Əlirza Fərşi 2016-cı ildə Baharistan şəhər İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın cənubundakı Xuzistan vilayətinə iki illik sürgün cəzasına məhkum edilib. lakin apellyasiya məhkəməsi həmin qərarı 2 il həbsə və 2 il sürgünə dəyişib.

Həmçinin rejim azərbaycanlı fəalı şərləyərək 50 ay həbsə və iki il icbarı iş cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …