Cümə axşamı , May 7 2026
azfa

19 ay mübarizədən sonra təbrizli körpəyə Alpay adına doğum şəhadətnaməsi almaq mümkün olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə valideynlərinin 19 ay mübarizəsindən sonra təbrizli körpəyə Alpay adına doğum şəhadətnaməsi almaq mümkün olub.

Təbrizdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi azərbaycanlı uşağa Volkan adına doğum şəhadətnaməsi verməkdən imtina edib. Bu barədə uşağın atası Rəhman Azərmi Rad məlumat yayıb.

Bildirilib ki, Volkan adının əcnəbi, qeyr-İran adı olduğuna və İran mədəniyyəti ilə heç bir bağlılığı olmadığına görə bu ada doğum şəhadətnaməsi verilməsinin mümkün olmadığı deyilib.

“Bundan sonra təbrizli korpəyə Alpay adı seçilib, vəkil Əsgər Məhəmmədinin səyləri nəticəsində 19 ay mübarizədən sonra bu ada sənəd almaq mümkün olub”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İran hökuməti etnik azlıqlara övladlarına qeyri-fars adlarını seçməyə icazə vermir. Habelə azərbaycanlı uşaqlara türk adlarına görə doğum haqqında şəhadətnamə verilmir.

Fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir. Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …