GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı deyib ki, Zəngəzur bir çox ölkələri birləşdirəcək. Azərbaycanın dövlət başçısı qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq: “Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”.
Ətraflı oxu »Gündəlik Arxivlər: İyul 19, 2025
Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf
GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib. O deyib ki, Pəhləvi dövründə başlayan və İslam Respublikası dövründə güclənən Azərbaycan iqtisadiyyatının sistematik ayrı-seçkilik yolu ilə dağıdılıb. Əlaəddini vurğulayıb ki, onilliklər ərzində mərkəzçilik siyasəti milyonlarla azərbaycanlını iş tapmaq üçün əsasən farsdilli ərazilərə fəhlə kimi miqrasiya etməyə …
Ətraflı oxu »Azərbaycanlı millət vəkili Güney Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib
GADTB: Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin İran parlamentindəki deputatı Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi və inkişaf sahələrində fəaliyyətini tənqid edərək, ölkədəki kritik vəziyyətdən çıxmaq üçün “idarəetmədə əsaslı dəyişikliklər”ə çağırıb. Əlirza Novin bildirib ki, Pezeşkian hökumətinin işə başlayandan bəri iqtisadi artım, evlilik kreditləri və mənzil kimi göstəricilərdə nəzərəçarpacaq nailiyyətlər əldə …
Ətraflı oxu »Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib
GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə basqın etməklə həbs edilib. Evə daxil olan məmular azərbaycanlı fəalın ailə üzvlərini təhdid edərək onların mobil telefonlarını da müsadirə ediblər. Səhər Məmizadənin ailəsi o həbs olunduqdan sonra bir neçə həftə onun taleyindən, sağlığından xəbərsiz olublar. …
Ətraflı oxu »İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir
GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak X səhifəsində yazıb “İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya Prezidenti Əhməd əş-Şara ABŞ Dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa …
Ətraflı oxu »Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb
GADTB: Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb və göl acınacaqlı vəziyyətdədir. Göldə su səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 69 santimetr azalma müşahidə edilir. Mütəxəssislər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə və yaxın aylarda temperatur yüksələrsə, göldə suyun ən aşağı səviyyəsinə görə rekord qeydə alınacaq. Suyun …
Ətraflı oxu »Siyasi məhbus etiraz etdi: “İran zindanlarında qadınlar cinsi zorakılığa məruz qalırlar”
GADTB: Böyük Tehran zindanında saxlanılan siyasi məhbus və vətəndaş cəmiyyəti fəalı Məhəmməd Nurizad qadın məhbusların üzərində təhqiramiz şəkildə yoxlanış aparılmasına etiraz olaraq siyasi məhbusların etiraz aksiyaları keçirdiyini bildirib. Paylaşılan səs yazısında Nurizad deyib ki, çərşənbə günləri ailə görüşlərindən öncə bir neçə qadın tam soyundurulduqdan sonra bədənləri axtarılır. O, bu davranışı …
Ətraflı oxu »