Şənbə , Yanvar 18 2025
azfa

21 Azər-Azərbaycanda Milli Hökumətin qurulmasının ildönümü münasibətilə GADTB-nin bildirişi

GADTB: Böyük imperatorluqlar quran Azərbaycan Türk Milləti 1925-ci ildən sonra dünya imperializminin fitnəkarlığı üzündən fars əsarətinə salınmışdır. Bu əsarət və işğala son qoymaq uğrunda 1945-ci il 21 Azər-də qurulan Azərbaycan Milli Hökuməti də min illər boyu böyük imperatorluqlar quran Azərbaycan Türk Millətinin Güney Azərbaycanın müasir dövr dövlətçilik modelinə keçid hesab edilir. Bu müqəddəs yolda Milli Hökuməti quran Seyid Cəfər Pişəvəri deyirdi: “Öldü var döndü yoxdur”. Azərbaycan Milli Hökumətinin hər tərəfdən şovinist və cinayətkar fars rejimi və onun himayəçilərinin təzyiqi və hücumu nəticəsində süqutundan sonra Azərbaycanın düşmənləri bu sözü lağa qoyaraq, “Öldü də var imiş döndü də” deyirdilər. Lakin başa düşmürdülər ki, Pişəvəri bu sözü təkcə o dönəm üçün yox, bu gün üçün də deyirmiş. Bu hərəkat davam edir və Azərbaycan Türk Milləti öz müstəqilliyini əldə etməyənədək mübarizədən əl çəkməyəcək.

Unutmamaq lazımdır ki, 21 Azər hərəkatı sinfi mübarizə yox, milli hərəkat idi. Hərəkatın başçısı S.C.Pişəvəri dəfələrlə təkrar edirdi ki, bu hərəkat sinfi hərəkat yox, milli hərəkatdır və Azərbaycan türkləri bir-birinə qarşı mücadilə aparmırlar. Onlar fars şovinizminə qarşı mübariz aparıb, Azərbaycan türkcəsində məktəb, universitet, mətbuat və radionun açılmasına çalışırlar və bunu da etmişdilər.

21 Azər hərəkatı və Milli Hökumətin qurulması ilə Güney Azərbaycana yeni ruh gəldi. Azad mətbuat, fikir azadlığı və ümumiyyətlə Azərbaycana azadlıq gəldi. Bu da irqçi və irticaçı fars şovinizmini, eləcə də onları dəstəkləyib hakimiyyətə gətirən başda İngiltərə olmaqla dünya müstəmləkəçilərini qorxuya saldı. Belə ki, dünya müstəmləkəçiləri Moskva konfransında Azərbaycanın müxtariyyət qazanmasına belə icazə vermədilər. Bunun ardından isə Tehran rejimi bütün anlaşmalara rəğmən Azərbaycana hücuma keçib, Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım törətdi.

Əlbəttə Seyid Cəfər Pişəvəri bəhanələrin birdəfəlik ortadan qalxması üçün demokratiya, muxtariyyət, federalizm və parlamentarizmi də yoxladı. Lakin Tehranın irticaçı-şovinist fars rejimi və onun himayədarları göstərdilər ki, bu bölgədə və qondarma İran adı altında olan ərazidə Azərbaycan Türk Millətinə heç zaman öz mədəni və insani hüquqlarına çatmağa icazə verməyəcəklər. 21 Azər hərəkatının başlanğıcı və faciəvi sonu da göstərdi ki, Azərbaycan Türk Milləti yalnız özünə güvənməlidir. Millət özünə güvənib, iradəsini sərgiləsə heç bir imperiyanın himayəsinə də möhtac olmaz. Biz öz millətimizə güvənirik. Bizim liderlərimiz Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri, Əbülfəz Elçibəy və Atatürk də göstərdi ki, güc türk millətindədir. Azərbaycan Türk Milləti iradə ortaya qoyanda öz məclisini, öz dövlətini və öz ordusunu yaradır. Sərhədlərinə, sınırlarına özü sahib çıxır. Bu gün 21 Azər hərəkatının ənənəsinə dayanaraq, Azərbaycanın güneyinin təkcə bir yolu qalıb. O da öz istiqlalını əldə edib və Azərbaycanın müstəqil dövlətini yaratmaqdır. Son illərin təcrübəsi göstərib ki, heç bir halda irqçi fars rejimi Azərbaycan Türk Millətinin varlığını tanımaq istəmir. İndi isə irqçi fars-molla rejimin küncə sıxıldığı və Suriyada da məğlubiyyətə uğraması rejimin sonunun gəldiyindən və Azərbaycan Türk Millətinin müstəqillik mübarizəsində yeni mərhələnin açıldığından xəbər verir. Molla rejimi milyardlar xərcələməklə Bəşar Əsədi illərlə qorudu, lakin sonda iflasa uğradı. Bu isə həm də Azərbaycan Türk Millətinin qələbəsidir və millətimiz daha ruh yüksəkliyi ilə öz müstəqilliyi uğrunda çalışıb və bu qələbənin çox yaxında olmasına inanmalıdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini irqçi fars-molla rejimin Suriyada və bölgədə məğlubiyyətindən sonra yaranana vəziyyəti düzgün dəyərləndirib Güney Azərbaycanda milli dövlətçiliyin bərpası uğrunda birləşməyə və Azərbaycanın müstəqilliyini bərpa etməkdə daha əzmlə mübarizə aparmağa çağırır. Kimsəyə sirr deyil ki, Güney Azərbaycanın yeganə qurtuluş yolu istiqlaldır və bu gün bütün milli qüvvələr və millətimiz bütün gücünü bu istiqamətdə birləşdirməlidir..

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …