GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Quzey Azərbaycanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi-praktik konfrans keçiriləcək.
Fevralın 20-də AMEA-nın əsas binasında təşkil olunacaq konfransda “Azərbaycan türkcəsinin inkişaf tarixinə bir baxış”, “Ana dilimizin saflığının qorunması məsələləri”, “Azərbaycan türkcəsinin inkişafında kinonun rolu” mövzularında məruzələr dinləniləcək.