
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Avstraliya-Azərbaycan Assosiyasiyası və GADTB-nin təşəbbüsü ilə 26 Fevral Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Avstraliyanın Sidney şəhərində tədbir keçirilib.
Tədbirin proqramına uyğun olaraq ilk öncə Azərbaycan Diyaspora Komitəsinin adı və loqosu göstərildi.
Azərbaycan himni və ardınca Avstraliya himni oxundu.
Bir dəqiqəlik sükutla Xocalı şəhidləri sayğı ilə yad edildi.
Daha sonra Avstraliyanın Yeni Güney Ules (NSW) əyalətinin baş naziri Dominic Perrottet MP-nin Xocalı tədbirinə göndərdiyi mesajı oxundu.
Ardınca Avstraliya-Azərbaycan Assosiyasiyası tərəfindən həmin Assosiyasiyanın prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil Oyta çıxış etdi.
Daha sonra Azərbaycanın Avstraliya- Kanberadakı müvəqqəti işlər vəkili hörmetli Ramil Qurbanov çıxış etdi.
Daha sonra Pakistan İslam Respublikasının konsulu hörmətli Mohemed Aşrəf çıxış etdi.
Ardınca Ukrayin Sidneydəki baş konsulu hörmətli Jaraslov Duma çıxış etdi.
Daha sonra Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan və Qadın Haqları Departamentinin sədri Sara xanım Azərsun GADTB tərəfindən tədbirdə çıxış etdi.
Ardınca Avstraliya Türk Birliyinin Diasporasi Memet Evin çıxış etdi.
Tədbirdə Xocalı soyqırımına aid videolar və s. nümayiş etdirildi.
Proqram ziyafətlə devam etdirildi.
Tədbirə çox sayda qonaqlar dəvət edilmiş və qatılmışlar:
TÜrkiye İqtisadi Ticarət Təşkilatı- Musaid-dən Hakan Evecek bəy
Sidney Windsor bölgəsinin Bələdiyyə Başqanı hörmətli Sedat Doğramancı
Həmçinin hörmətli qonaqlar
-Prof. Dr. Şəmsəddin Nejadi
-Pakistan Kanal 5-dən Hanif Bisimi
-Vibe Medi-dən Yasir Rəhman
– Avstraliya-Azərbaycan Kültür-dən Elxan Məmmədov
– Türk Xəbər Gazetəsindən Türker Demir Yürek və digər hörmətli qonaqlarımız qatılmışlar.
Tədbir çox informetiv şəkildə saat 22.00-a qədər davam etdi.
Tədbirdən video və şəkilləri təqdim edirik:










GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi