Şənbə , Dekabr 21 2024
azfa

3 türk ölkəsi Ankarada toplanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək.

Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşü iyunun 6-da baş tutacaq.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov iştirak edəcək.

Çavuşoğlunun sözlərinə görə, yaxın günlərdə bir neçə ölkənin xarici işlər naziri Türkiyəyə səfər edəcək. O, qeyd edib ki, yaxın iki həftə ərzində Rusiya da daxil olmaqla 9 ölkənin xarici işlər nazirləri Türkiyəyə rəsmi səfər edəcək.

Türkiyənin ilk qonağı İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian olacaq. Abdullahiyanın Türkiyəyə ilk rəsmi səfərinin iyunun 6-da baş tutacaq.

Türkiyə iyunun 7-də Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmanini qəbul edəcək. İyunun 8-də Niderlandın xarici işlər naziri Vopke Hukstranın iştirakı ilə Türkiyə-Niderland konfransı keçiriləcək. Bu, 2022-ci ilin yanvarında vəzifəyə başlayan Hukstran həmkarı Abdullahiyan kimi Türkiyəyə ilk rəsmi səfəri olacaq.

Çavuşoğlunun verdiyi məlumata görə, Türkiyə 8 iyunda dünya üçün əhəmiyyətli görüşə səhnə olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dənizdə taxıl tankerləri üçün yaradılacaq təhlükəsiz dəhliz məsələsini müzakirə etmək üçün onu müşayiət edən hərbi nümayəndə heyəti ilə Türkiyədə olacaq.

Lavrovun səfərindən sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok da ilk dəfə iyunun 9-da Türkiyəyə rəsmi səfər edəcək.

Həmçinin yoxlayın

Suriyada PKK/YPG terror təşkilatına qarşı hücuma hazırlıqlar gedir

GADTB: PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min …

Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan cümə …