
GADTB: BBC-ni ələ keçirən irqçi farslar 40 milyon Azərbaycan türkünün dilini qadağan etmələrinə rəğmən Azərbaycanda etnik azlıqların dillərinin qadağan edildiyini iddia ediblər.
Utanmadan yalan məlumat yayan irqçi farslar unudublar yazsınlar ki, Azərbaycanda az sayda etniklər Azərbaycan türkcəsinin yanında öz dillərində də təhsil ala bilir. Lakin onlar 40 milyon Azərbaycan türkünün dilini qadağan ediblər.
“BBC Farsi” saytında irqçi farslar bu dəfə “Nizamsız birgəyaşayış; Azərbaycanda ləzgilər, talışlar və digər azlıqlar necə yaşayır?” başlıqlı xəbərində Azərbaycanda olan etnik azlıqların təhsilindən və necə yaşadıqlarından “narahat” olub.
Həmin saytın qərəzli xəbərində yazılıb: “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi üzərində nəzarəti möhkəmləndirmək üçün əməliyyata başlayanda orada məskunlaşdırılan erməni sakinləri dil və mədəniyyətlərinin qorunacağına əmin olmuşdular.
Az sayda erməni sakinləri bu vədi riskə atıb sınaqdan keçirməyə qərar verdilər. Ermənilərin kütləvi mühacirəti iki ölkə arasında dərin inamsızlığı göstərməklə yanaşı, həm də Azərbaycanın bu ölkənin bəzi azlıq icmalarının hüquqlarının müdafiəsi sahəsində təcrübəsini ifşa edib”.
Maraqlısı odur ki, İranda etnik azlıqları öz qanlarında boğan bir hökumətin, yoxsa Azərbaycanın təcrübəsinin nə qədər düzgün əks etdirilməsidir. Belə ki, “BBC Farsi” bu xəbər reportajı ilə guya Azərbaycanda etnik azlıqların ana dilində oxumaq hüquqlarından məhrum edilməsinə toxunamğa çalışır.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak və rəsmi vəziyyətindən, məşğuliyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İrqi, etnik mənsubiyyəti, dini, dili, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətinə görə hüquq və azadlıqların məhdudlaşdırılmasına yol verilmir. 45-ci maddə hər kəsin öz ana dilindən sərbəst və məhdudiyyətsiz istifadə etmək hüququnu təmin edir.
Bəs nəyə görə, İranda ölkə əhalisinin 40%-ni təşkil edən türklərin ana dilinin tədris edilməsindən bəhs edilmir? İranda təkcə farslar məskunlaşmayıb və əslində digər xalqların nümayəndələrinin sayı farslardan daha çoxdur. İrandakı ermənilərin sayının isə 200 min nəfərə yaxın olduğu təxmin edilir. Sual olunur: Ermənilərə yaradılan bir çox şərait niyə başqa etnik azlıqlara çox görülür? Bu suala cavab olaraq demək olar ki, molla rejimi türk və digər etnik azlıqların sayının çoxluğu və sərhəd bölgələrində yerləşməsi səbəbindən, ana dilində tədrisin etnik separasiyanı tətikləyə biləcəyindən ehtiyat edərək, bu cür hərəkət edir.