Şənbə , Aprel 19 2025
azfa

5 ay 17 gün mübarizədən sonra azərbaycanlı üçəmlərə doğum haqqında şəhadətnamə verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 5 ay 17 günlük mübarizədən sonra Məsud Səfərinin ailəsi üçəm övladlarına doğum haqqında şəhadətnamə ala biliblər.

Onlar rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsini Sevgi, Elnur və Elşən adlı üçəmlərinə doğum haqqında şəhadətnamə verməyə razı salıb.

Balamın Adı kampaniyasının məlumatına görə, biri qız və ikisi oğlan olan bu üçəmlər 2024-cü il sentyabrın 5-də dünyaya gəlib və valideynləri onlara Sevgi, Elnur və Elşən türk adlarını seçiblər.

Lakin rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları bu adlara doğum haqqında şəhadətnamə verməkdən imtina edərək, Tehrandan “Həmzə” hərfi olan adlara doğum şəhadətnamə verilməməsi ilə bağlı göstəriş gəldiyini və doğum haqqında şəhadətnamələrin veriləcəyi təqdirdə bu adların “Sugi”, “Əl-Nur” və “Əl-Şən” kimi yazılacağını bildiriblər.

Belə yalnız yazılışla razılaşmayan Səfəri ailəsi Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə şikayət edib və 4 aylıq süründürməçilikdən sonra məhkəmə ailənin xeyrinə qərar çıxarıb. Ancaq Təbrizdə rejimin Vətəndaşlıq Dairəsi üçəmlərə doğum haqqında şəhadətnamə vermək əvəzinə məhkəmənin qərarından apellyasiya şikayəti verib və iş Apellyasiya Məhkəməsinə verilib. Nəhayət Apellyasiya Məhkəməsi də ailənin xeyrinə qərar verdikdən sonra Təbrizdə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi üçəmlərə düzgün yazılışla doğum haqqında şəhadətnamə verib.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …