Çərşənbə , Oktyabr 14 2026
azfa

6 il mübarizədən sonra azərbaycanlı uşağa türk adı ilə doğum şəhadətnaməsi almaq mümkün olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Taymaz Mirəlibəyli illərlə mübarizədən sonra nəhayət ki, oğlu Huntaya doğum haqqında şəhadətnamə ala bilib.

Azərbaycanlı fəal bu haqda “X” hesabında yazıb: “6 il milli və mədəni mübarizə uğurlu nəticə verdi. Huntay doğum haqqında şəhadətnamə sahibi oldu”.

Qeyd edək ki, İran hökuməti etnik azlıqlara övladlarına qeyri-fars adlarını seçməyə icazə vermir. Habelə azərbaycanlı uşaqlara türk adlarına görə doğum haqqında şəhadətnamə verilmir.

Fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir. Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …