
GADTB: Molla rejimin Təbrizdəki Vətəndaşlıq Dairəsi İdarəsinin maneələrinə baxmayaraq, Əli Aslaninin ailəsi vəkil Əsgər Məhəmmədinin hüquqi yardımları ilə 8 il mübarizədən sonra Atalay adına doğum haqqında şəhadətnamə ala bilib.
Azərbaycanlı körpənin atası Əli Aslani bu barədə Balamın Adı kampaniyasına deyib: “Oğlumuz 19 iyul 2018-ci ildə dünyaya gəlib və biz onun üçün Atalay adını seçmişik. Ancaq Təbrizdə Vətəndaşlıq Dairəsi rəsmiləri bu adın qeydiyyata alınmasına qarşı çıxıblar. Onlar bu adın İstanbul türkcəsində və xarici ad olduğunu deyiblər. Mən onlara bir neçə sənəd, o cümlədən Atalay adının çəkildiyi Şahmərəsi bəyin Azərbaycan türkcəsi lüğətini təqdim edib bunun belə olmadığını sübut etdim. Mən bütün sənədləri yığıb Tehrana müraciət etsəm də onlar da mənim müraciətimi rədd etdilər. Bundan sonra biz vəkil tutaraq şikayət etməyə məcbur olduq. Birinci instansiya məhkəməsi, sonra isə apellyasiya məhkəməsi barəmizdə mənfi qərar çıxardı və bizim etirazımızdan sonra iş ölkənin İnzibati Məhkəməsinə göndərildi. Bu məhkəmə isə yurisdiksiyasının olmaması barədə qərar çıxarıb bu işin onlara heç bir aidiyyəti olmadığını bəyan etdi. Bundan sonra biz cənab Əsgər Məhəmmədi vəkil seçdik və nəhayət, 8 illik vətəndaş mübarizəsindən sonra Təbriz Sülh Məhkəməsi 18 avqust 2025-ci il tarixdə xeyrimizdə qərar çıxardı. Bundan sonra Vətəndaşlıq Dairəsi Atalay adına doğum haqqında şəhadətnamə verdi.”
İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, quru süd payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.
Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.
İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi