Çərşənbə , May 6 2026
azfa

Urmiyada molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə aksiya keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Urmiya şəhərində bir qrup azərbaycanlı milli fəal molla rejimin həbs etdiyi Güney Azərbaycan Milli Hərəkatının həbsdə olan fəallarına dəstək veriblər.

Etirazçılar rənqli kağızlara həbsdə olan hər bir milli fəalın adını yazaraq, şəhərin müxtəlif yerlərinə yapşdırıblar.

Vərəqələrdə adları yazılan fəallar arasında Araz Aman, Ayaz Seyfxah, Hüseyn Piri, Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Boksçu Kərim (İsmayılzadə), Murtaza Pərvinin adları var.

Güneylilər vərəqələrdə milli fəalların adları ilə yanaşı qeyd də yazıblar: “Sənətçilərin yeri zindan deyil!”

Qeyd edək ki, molla rejimin həbsdə saxladığı həmin milli fəalların sağlıq durumu və psixoloji vəziyyəti çox ağırdır və İran hakimiyyəti onların vəziyyətinə əhəmiyyət vermir.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …