Çərşənbə , Oktyabr 14 2026
azfa

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Həmas lideri öldürülüb” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “Həmas lideri öldürülüb” mövzusunda çıxış edib.

Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Haniyənin düz Tehranda İsrail istehsalı raketi ilə öldürülməsi, Netanyahunun Amerikadan qayıtmasından sonra müxtəlif əməliyyatların həyata keçirilməsi, İsrailin eyni zamanda Livanda da baş terrorçulardan birini öldürməsi, ABŞ-ın İsraili qoruyacağını bildirməsi, güneylilərin Azərbaycan Respublikasında statusunun müəyyənləşdirilməsi zərurəti və s. məsələlərdən danışmışdır.

Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz:

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …