Şənbə , Sentyabr 19 2026
azfa

Germi və Biləsuvar əhalisi daşqının dağıtdığı infrastrukturun bərpası ilə bağlı vədləri baş tutmasını gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir il keçməsinə baxmayaraq molla rejimi daşqının dağıtdığı infrastrukturun bərpası ilə bağlı verdiyi vədləri tutmayıb.

Germi və Biləsuvar şəhərlərinin 20-dən çox kəndində baş vermiş daşqından bir ildən çox vaxt keçməsinə baxmayaraq, Güney Azərbaycanın bu ərazilərində sel qurbanları öz dərdlərinə əlac tapmağa məcburdurlar. Dövlət hələ də dağılan infarstrukturu bərpa etmir.

Eyni zamanda bu bölgədə yaşayan sakinlərin dağılmış evlərinin bərpası üçün də aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülməyib və yollar bərpa olunmayıb.

Bir çox ərazilərdə su təchizatı şəbəkəsi hələ də bərpa olunmayıb və insanlar çən suyundan məişət məqsədləri və çimmək üçün istifadə etməyə məcburdurlar.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …