Cümə axşamı , Aprel 30 2026
azfa

İranlı ekspert: “İran “Arsax” ermənilərinin geri qaytarılmasını istəyir və azərbaycanlıların Ermənistana qayıtması qəbuledilməzdir”

GADTB: İranda yaşayan ermənilərə məxsus HUR Tərcümə və Araşdırmalar Mərkəzinin “Telegram” kanalı yazıb ki, iranlı ekspert Puya Hüseyn “Yerkir.am” saytına müsabəsində deyib:

 “Arsax” (Qarabağ) ermənilərinin geri qayıtması İran üçün çox vacibdir və İran rəsmi kanallar vasitəsilə bu haqda danışır. Qafqazdan kənarda etnik dəyişikliklər İran üçün qəbuledilməzdir. Buna görə də İran Qarabağda məskunlaşdırılan ermənilərin məcburi deportasiyasını qanunsuz hesab edir. İran “Arsax xalqı”nın öz vətənlərinə qayıtmasını və onların təhlükəsizliyini təmin etmək istəyir”.

Ekspertin sözlərinə görə, Ermənistanın işğal etdiyi torpaqlara azərbaycanlıların qayıtması da İran üçün qəbuledilməzdir.

“Sünik məsələsi mütləq qaldırılacaq, orada yaşayan azərbaycanlılar tədricən hüquq, o cümlədən təhlükəsizlik tələb edə bilərlər. Belə olduqda Türkiyənin hərbi güclə müdaxiləsinə əsas yaranacaq ki, bu da Sünikin təhlükəsizliyini çox həssas edəcək və Sünikdə zorakılığa zəmin hazırlayacaq”, – o, əlavə edib./ Azad İran

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …