Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ermənistan İranın bu ölkənin ərazi bütövlüyü ilə bağlı qəti mövqeyinə görə təşəkkür edib

GADTB: Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefon danışığında iranlı həmkarı Abbas Əraqçını yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib.

Məlumata görə, söhbət zamanı ikitərəfli məsələlər və qarşılıqlı maraq doğuran əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər müzakirə edilib.

Bildirilib ki, Abbas Əraqçı İranın region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq sərhədlərin dəyişməzliyinə dəstək siyasətini vurğulayaraq, bölgədə sülhü dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Öz növbəsində Ararat Mirzoyan qeyd edib ki, Ermənsitan tərəfi İranın Ermənistanın suverenliyi və ərazi_bütövlüyünün toxunulmazlığı ilə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. / Azad İran

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …