Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin irqçi “Şərq” qəzeti Pezeşkianın ana dilində müsahibəsini tənqid atəşinə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın şovinist dövlətinin fikirlərini əks etdirən “Şərq” qəzeti Pezeşkianın ana dilində müsahibəsini tənqid atəşinə tutub.

Molla rejimi “Şərq” qəzetində artıq bununla bağlı tənqidi yazı dərc olunub.

Ehsan Huşməndin imzası ilə yayılan yazıda Prezident Aparatının məsullarına xəbərdarlıq edilib.

Yazıda prezidentin Azərbaycan türkcəsində müsahibə verməsinin separatizm və millətçilik meyillərini gücləndirəcəyi iddia edilib.

Huşmənd Məsud Pezeşkianın Azərbaycan türkcəsində müsahibəsinin xarici ölkələrin mediasında rezonans doğurduğunu və bunun ölkənin bütövlüyünə təhlükə olduğunu yazıb.

Panfarsist cərəyana bağlılığı ilə tanınan yazı müəllifi müsahibə verən şəxsin işlətdiyi ifadələrin “Bakı dili”nə xas olduğunu, bunun İranda işlədilən dil və mədəniyyətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, Məsud Pezeşkianın bir neçə gün əvvəlki müsahibəsi sosial media kanallarında yayılmışdı.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …