Şənbə , Oktyabr 17 2026
azfa

Ermənistanın yeni silahlar alır

GADTB: Ermənistan Hindistandan əlavə ATAGS artilleriya qurğuları almaqda maraqlıdır.

Bu barədə “Sputnik Ermənistan”a Hindistan Müdafiə Araşdırmaları və Təhlili İnstitutunun baş direktoru Sudan Çinoy məlumat verib.

“ATAGS yüksək manevr qabiliyyətinə malik qurğulardır. Hindistanda hazırlanır, çox uğurludur. Erməni tərəfi 6 belə sistem alıb”, – institut rəhbəri bildirib.

Çinoy xatırladıb ki, Dehli artıq “Svati” radar komplekslərini İrəvana çatdırıb və bu alışın dəyəri 40 milyon dollar olub.

İnstitutun baş direktoru onu da əlavə edib ki, Ermənistan təxminən 250 milyon dollar dəyərində olan “Pinaka” çoxlüləli raket sistemlərinə də maraq göstərir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …