Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Şərqi Azərbaycanda Telekomunikasiya İdarəsinin podratçı işçiləri bir neçə gündür etiraz aksiyası keçirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Şərqi Azərbaycan vilayətinin “Şescom” şirkətinin bir sıra podratçı işçisi Təbrizdə telekommunikasiya şirkəti qarşısında etiraz aksiyası keçirib.

Həmin işçilərin dediyinə görə: Sentyabrın 7-də bir neçə günlük etiraza toplaşan  telekommunikasiyanın səlahiyyətli nümayəndəsi ilə görüşdük və onlar bizə müəyyən məsələlərin həll olunacağını söz verdilər. Lakin bir neçə gün keçdikdən və müddət bitdikdən sonra verilən vədlər baş tutmadı.

Narazı işçilər əməkhaqlarının yetərsiz olmasından şikayətlənirlər.

etirazçılar deyirlər: Bütün borclar, bütün müqavilə pozuntuları, bütün tutulmalar və sığorta haqları və iş yerlərinin təsnifatı və s. daxil olmaqla, tam hüquqlarımızı əldə edənə qədər biz Şərqi Azərbaycan vilayətinin mərkəzi ofisində olurub və cavab tələb edirik.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …