Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycan suüstü dronlar istehsal edib

GADTB: Azərbaycan iki növ suüstü dron istehsal edib.

Dronlar sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.

Bildirilib ki, dronların sınaqlarına başlanılıb. Bunlar kamikadze tipli suüstü dronlardır. “Kalan” və “Suqovuşan” adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək.

“Kalan”ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi – 20 mil, sürəti 30 km/saat, partlayıcı hissənin tipi – TNT, partlayıcı hissənin ağırlığı 5 kq-dır.

“Suqovuşan”ın uzunluğu 2200 mm, eni 500 mm, çəkisi 60 kq, əhatə dairəsi – 20 mil, sürəti 50 km/saat, partlayıcı hissənin tipi – TNT, partlayıcı hissənin ağırlığı 10-15 kq-dır.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …