Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi Finlandiyada mükafat qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin Urmiya gölü bağlı çəkdiyi “Gölün uşaqları” filmi Finlandiyanın Film Festivalında ən yaxşı qısametrajlı film mükafatını qazanıb.

Əlimuradi qısametrajlı sənədli filmində Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətdən və əhalinin bu fəlakətdən təsirləndiyindən bəhs edib.

Azərbaycanlı rejissor filmində gölə yaxın ərazilərdə yaşayan insanların, xüsusilə uşaqların faciəli həyatını, müxtəlif xəstəliklərə yoluxduqlarını sənədləşdirib.

Əlimuradi Urmiya gölünün quruması nəticəsində bölgənin kənd təsərrüfatının məhv olması ilə yanaşı, baş qaldıran duz fırtınaları səbəbindən minlərlə insanın ağır tənəffüs, xərçəng xəstəliklərə yoluxduqlarına diqqət çəkib. Eyni zamanda ekoloji fəlakət yaşandığının filmdə öz əksini tapdığı bildirilir.

https://t.me/GADTB1/37631

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …