Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin Azərbaycana qarşı müstəmləkə siyasətinin nəticələrindən; Təbrizdə tarixi karvansara və hamam məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələr bir-bir dağılıb gedir.

Təbrizin tarixi Dəvəçi məhəlləsində yerləşən və nadir memarlıq abidələrindən sayılan Dəvəçi karvansarayı və hamamı dağılmaq üzrədir.

Qacarlar hakimiyyəti dövründə inşa edilən karvansara və hamam, bələdiyyə, Mədəni İrs Təşkilatı və başqa əlaqədar dövlət qurumlarının diqqətsizliyi səbəbindən xarabaya çevrilib.

Mədəni fəalalrın bildirdiyinə görə, adı çəkilən qurumlara bir neçə dəfə müraciət edilsə də, tarixi abidələrinin qorunması və bərpası ilə bağlı addım atılmayıb.

Dəvəçi karvansarası və onun içində olan hamam 1879-cu ildə inşa edilib.

Video:

https://t.me/GADTB1/37645

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …