Şənbə , Sentyabr 19 2026
azfa

Urmiya gölünün qurudulmasının bölgə iqtisadiyyatını iflic etməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran Universitetinin Ətraf Mühit Fakültəsinin professo Mehdi İsmaili Bidhendi Urmiya gölünün qurudulması barədə danışaraq deyib ki, Urmiya gölünün quruması bölgə iqtisadiyyatını iflic etməklə yanaşı xəstəliklərin geniş yayılmasına da səbəb olacaq.

İsmaili Bidhendi həmçinin deyib ki, gölün quruması səbəbinmdən baş qaldıran duz fırtınaları daha uzaq bölgələri də təsiri altına alacaq.

Ətraf mühit mütəxəssisi həmçinin deyib: “Bu transmilli problemə çevriləcək, kənd təsərrüfatı məhv olacaq və ölkənin səhiyyə sisteminin qarşısını ala bilməyəcəyi səviyyədə xəstəliklərin yayılması ilə nəticələnəcək”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısında səd çəkməklə gölü qurudub. Əhalinin etirazlarında sonra gölün bərpasına söz versə də, buna əməl etməyib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …