Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı işçi hərəkatı fəalına qarşı çıxardığı edam hökmünü ləğv etməyə məcbur olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım və işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə qarşı çıxardığı edam hökmünü ləğv etməyə məcbur olub.

İranın Ali Məhkəməsi Rəşt şəhərinin Lakan həbsxanasında həbsdə saxlanılan azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində çıxarılan edam hökmünün ləğvi barədə qərar verib.

Azərbaycanlı fəalın vəkili Əmir Rəisian deyib ki, müvəkkilinin işinə yenidən baxılması üçün cinayət işi Ali Məhkəmənin 39 saylı şöbəsinə geri göndərilib.

İnsan haqları fəallarının dediyinə görə, edam hökmünün ləğvi beynəlxalq insan haqları təşkilatlarının məsələni ictimailəşdirmələrindən və Şərifə Məhəmmədi barədə edam hökmünün əsassız olduğunu sübut etmələrindən sonra baş verib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  “xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq”da günahlandırılıb.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …