Türkiyədə azərbaycanlı rejissor aldığı mükafatını molla rejimin öldürdüyü etirazçı qadınlara həsr etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan rejissor və ssenarist Nadir Saivər “Qızıl Portağal Antalya” Beynəlxalq Festivalının münsiflər heyətindən xüsusi mükafat aldıqdan sonra İran hökumətinin cinayətləri və İranda etirazçı qadınların öldürülməsi ilə bağlı türkcə danışıb və mükafatını 2022 etirazlarında öldürülən qızlara təqdim edib.

Nadir Saivər çıxışında bu mükafatı 2022-ci il etirazları zamanı İran hökuməti tərəfindən öldürülən gənc qızlara həsr edərək deyib: “Bu mükafat mənim deyil, 17-22 yaşlı qızlara məxsusdur. Onlar küçələrdə döyüşdülər və 1500 nəfəri öldürüldü”.

Azərbaycanlı rejissor “Şahid” adlı filmi Venesiya Film Festivalında dünya premyerasında “Genişlənmiş üfüqlər” kateqoriyası üzrə “Tamaşaçıların Seçimi Mükafatı”na layiq görülüb. İran İslam Respublikasının sərt qanunlarına əməl edilmədən və hicabsız qadın aktyorların iştirakı ilə çəkilmiş bu film İranda xalqın ağır həyat şəraitindən və hökumətin təzyiqlərinə qarşı mübarizəsindən bəhs edir.

Həmçinin yoxlayın

Tramp razılaşmalar uğursuz olarsa “Azadlıq Plus” layihəsinə qayıda biləcəklərini bildirib

GADTB:  ABŞ prezidenti Donald Trump jurnalistlərə açıqlamasında gözlənilən razılaşmalar baş tutmasa, Vaşinqtonun fərqli bir yol …

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …