Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran hökuməti jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq üçün yeni üsullara əl atır

GADTB: İran vətəndaşları uzun illərdir ki, saytlara giriş və bir sıra məhdudiyyətlərlə qarşılaşırlar, ancaq indi də hakimiyyət jurnalistlər, müxbirlər və tədqiqatçılar da daxil olduğu insanların şəxsi səhifələrinə tələb olunan görüntüləri yerləşdirməyə məcbur edir.

Məlumata görə, sosial media fəalları öz şəxsi səhifələrindəki paylaşımları sildikdən sonra hesablarında “bu internet saytına daxil olmaq mümkün deyil” yazısını paylaşmalıdırlar.

Ötən həftə isə bir sıra jurnalistlər və media fəalları mobil telefonlarının SİM kartlarının bağlandığını bildiriblər.

“Şərq” qəzeti məsələ ilə bağlı yazıb ki, jurnalsitlərin mobil telefonları Prokurorluq tərəfindən izlənildikdən sonra kəsilib. Onların kiberməkanda bu cür fəaliyyətinin səbəbi və ya hicabsız qadınların görüntülərinin paylaşılması, edama qarşı çıxmaları və ya bu cür mövqe tutmaları olub. İndi onların İnstagram səhifələri də filtrdən keçirilir./ Azad İran

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …