Cümə axşamı , Oktyabr 24 2024
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkilin xəstəxanaya aparılmasına icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı vəkilin xəstəxanaya aparılmasına icazə vermədi.

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvinin müalicəyə ehtiyacı olmasına baxmayaraq, o, tibbi xidmətlərdən məhrum edilib.

Məlumata görə, artıq ikinci dəfədir ki, həbsxana rəhbərliyi onun xəstəxanaya ezam olunmasına imkan vermir. Buna səbəb isə, Tahir Nəqəvinin həbsxana geyimindən və qandaldan imtina etməsidir.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvini “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “toplaşmaq və sövdələşmə”də ittiham edərək 6 il həbs cəzasına məhkum edib.

Həmçinin yoxlayın

Kərəcdə yerləşən atom elektrik stansiyasında partlayış olub

Dünən Tehranın qərbində Kərəc atom elektrik stansiyasında partlayış və yanğın baş verib. Məlumata görə, bununla …

Türkiyənin TUSAŞ şirkətinə hücumun səbəbləri

GADTB: TUSAŞ Türkiyənin ehtiyac duyduğu təyyarələrin dizaynı, istehsalı və modernizasiyası ilə yanaşı, ixrac fəaliyyətlərini də …