Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı vəkillər və hüquq müdafiəçilərinə qarşı təzyiqləri artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərak zindanından Evin həbsxanasına sürgün edilən azərbaycanlı vəkil Məhəmməd Nəcəfi ailəsi ilə görüşdükdən sonra insult əlaməti ilə əlləri qandallı və ciddi təhlükəsizlik tədbirləri ilə xəstəxanaya aparılıb.

Bu barədə Almaniyada yaşayan azərbaycanlı hüquqşünas Sina Yusifi bu gün öz “X” hesabında paylaşım edib.

Sina Yusifi həbsdə saxlanılan güneyli vəkil və hüquq müdafiəçilərinin ağır vəziyyətinə toxunaraq yazıb: “Boyun fəqərələrinin zədələnməsinə, müalicə və tibbi yardıma ehtiyac olmasına baxmayaraq, vəkil Tahir Nəqəvi həbsxana paltarı geyinib qandal taxmaqdan imtina etdiyi üçün müalicədən məhrum edilir. Məhəmmədrza Fəqihiyə isə Tehranın Apellyasiya Məhkəməsinin qərarı ilə 5 il həbs cəzası verilib”.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …