Türkiyə: Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik

Türkiyə Milli Müdafiə Nazirliyindən mənbələr Fransanın Kipr Respublikasına (Yunqn Kipri – red. ) silah satacağına dair iddiaları şərh edərkən bildirib ki, “Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik”.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib: “Kipr adasındakı tarazlığı poza biləcək və ŞKTC-nin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik. Belə yardım vədləri əvvəllər də Cənubi Kipr Yunan Administrasiyasına verilmişdi. Türkiyə, keçmişdə olduğu kimi, bu gün də, sabah da zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində Kipr türklərinin təhlükəsizliyi, sülhü və rifahı üçün əlindən gələni etməyə, nəyin bahasına olursa olsun ŞKTC-nin haqq və mənafelərini qorumaq üçün lazımi hərbi və siyasi tədbirləri görməyə davam edəcək”.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …