Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Yusuf Kari Ərdəbil zindanının təcridxanasına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktabrın 28-də molla rejimin məmurları tərəfindən həbs edilən Azərbaycan milli hərəkatının fəalı Yusuf Kari Şam Əsbidə yerləşən Ərdəbil zindanının müvəqqəti saxlanma məntəqəsinə köçürülüb.

Son günlər ailənin Ərdəbilin 10 saylı İstintaq Şöbəsinə çoxsaylı müraciətlərinə baxmayaraq, işin müstəntiqi hakim Kərimi fəalın müvəqqəti azadlığa buraxılması barədə qərarı qəbul etməyib.

Qeyd edək ki, bu azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılıb polis əməkdaşları Rza Hüseynzadə və Əsgər Pənahinin tərəfindən döyülüb.

Əvvəllər təhlükəsizlik qurumlarının təzyiqi ilə iş və iqtisadi fəaliyyətinə qadağa qoyulan Yusuf Kari son bir neçə aydır alverçiliklə məşğul olub və ötən həftə polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …