Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Fars rejimi Tehranda yeganə türkcə kitab nəşr edən nəşriyyatın müdiri Fərzanəni yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin məmurları Tehranda yeganə türkcə kitab nəşr edən nəşriyyatın müdiri Yusif Fərzanəni yaxaladı.

Bir gün Evin zindanında dindirilən Yusif Fərzanə rejimin məmurları tərəfindən hədələnmişdir ki, yaxalanıb, sorğu-suala çəkilməsini ümumiləşdirməsin. Onlar cənab Fərzanədən istəmişdilər ki, 800 cilddən çox türkcə kitabın, bir sıra əlyazmaların və komputerinin hard diskinin onlar tərəfindən müsadirə edilməsini də açıqlamasın. İrqçi fars rejimin məmurları cənab Fərzanəni hətta hədələyiblər ki, əgər ictimaiyyəti bu barədə məlumatlandırsa ona qarşı daha ciddi divan tutacaqlar.

Qeyd edək ki, Əndişeye No Kitab Nəşriyyatı Tehranda keçirilən sonuncu beynəlxalq kitab sərgisində fəal iştirak edib.

Şahidlərin bildirdiyinə görə kitab mağazası və nəşriyyata hücum edən rejimin məmurları, əsasən irqçi dünya görüşünə malik olan antitürk məmurlar idilər.

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …

Bir cavab yazın